Aydındır ki, dünyada gedən inflyasiya prosesləri idxaldan asılı
olan Gürcüstana da təsir edəcək.
Nəticədə son bir neçə ayda ölkədə ərzaq məhsulları bahalaşıb.
Qiyməti ucuzlaşan məhsulların siyahısı isə azalır. Məsələn, bir il
əvvəl və ya ondan əvvəl statistik siyahıda daha ucuz malların sayı
10-u ötübsə, son aylarda faktiki olaraq cəmi 4-5 məhsulun qiyməti
aşağı salınıb.
Hətta 2022-ci ilin noyabrında Gürcüstanda cəmi 5 ərzaq məhsulu
ucuzlaşıb. Daha dəqiq desək:
• Gavalı - 26,37% ucuzlaşıb
• Üzüm - 18,59% ucuzlaşıb
• Kələm - 13,76% ucuzlaşıb
• Sarımsaq - 6,90% ucuzlaşıb
• Badımcan - 0,93% ucuzlaşıb
Məlumat üçün bildirək ki, 2022-ci ilin noyabr ayında əvvəlki ayla
müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,5 faiz, illik
inflyasiyanın səviyyəsi isə 10,4 faiz təşkil edib. Bu barədə
məlumatı Milli Statistika Xidməti yayıb.
Baza inflyasiyaya gəlincə, 2022-ci ilin noyabr ayında ötən ilin
müvafiq dövrü ilə müqayisədə bu göstərici 7,1 faiz, tütünsüz illik
baza inflyasiyası isə 7,2 faiz müəyyən edilib.