Gürcüstan prezidenti Polşaya işgüzar səfər edəcək.
Prezident administrasiyasının məlumatına görə, Salome Zurabişvili
dekabrın 5-də Polşa prezidenti Andjey Duda ilə görüşəcək. Görüşdən
sonra iki ölkə prezidentləri mətbuata açıqlamalar verəcəklər.
Dekabrın 6-da Gürcüstan prezidenti Auşvits şəhərində Qriqol
Peradzenin 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək,
burada Gürcüstan və Polşa poçtunun birgə möhürü " Müqəddəs
keşiş-şəhid Qriqol Peradze” sənədinin təqdimatı və imzalanma
mərasimi baş tutacaq.
İşgüzar səfər zamanı Gürcüstan Prezidenti Avropa Kollecinin
nümayəndələri ilə görüşəcək və tələbələrə Gürcüstanın üzləşdiyi
çağırışlar haqqında açıq mühazirə oxuyacaq.