Salome Zurabişvili Polşaya səfər edəcək
Gürcüstan prezidenti Polşaya işgüzar səfər edəcək.


Prezident administrasiyasının məlumatına görə, Salome Zurabişvili dekabrın 5-də Polşa prezidenti Andjey Duda ilə görüşəcək. Görüşdən sonra iki ölkə prezidentləri mətbuata açıqlamalar verəcəklər.

Dekabrın 6-da Gürcüstan prezidenti Auşvits şəhərində Qriqol Peradzenin 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək, burada Gürcüstan və Polşa poçtunun birgə möhürü " Müqəddəs keşiş-şəhid Qriqol Peradze” sənədinin təqdimatı və imzalanma mərasimi baş tutacaq.

İşgüzar səfər zamanı Gürcüstan Prezidenti Avropa Kollecinin nümayəndələri ilə görüşəcək və tələbələrə Gürcüstanın üzləşdiyi çağırışlar haqqında açıq mühazirə oxuyacaq.
Mənbə: Netgazeti

Print