Raçada baş verən qətl hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
Raçada baş vermiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları 1987-ci il təvəllüdlü Q.S.-nı saxlayıblar.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Ambrolauri bələdiyyəsi ərazisində yerləşən meşə massivində soyuq silahla həmkəndlisi - 1960-cı il təvəllüdlü O.Q.-nın bədəninə qarşılıqlı münaqişə zəminində çoxsaylı xəsarətlər yetirib və gizlənib. 62 yaşlı kişi yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi Raçanın Çrebalo kəndində saxlayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google