Raçada baş vermiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin
əməkdaşları 1987-ci il təvəllüdlü Q.S.-nı saxlayıblar.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Ambrolauri
bələdiyyəsi ərazisində yerləşən meşə massivində soyuq silahla
həmkəndlisi - 1960-cı il təvəllüdlü O.Q.-nın bədəninə qarşılıqlı
münaqişə zəminində çoxsaylı xəsarətlər yetirib və gizlənib. 62
yaşlı kişi yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi Raçanın Çrebalo
kəndində saxlayıb. Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.