Fəal Nata Peradze avtomobilinə dəyən ziyanla bağlı zərərçəkmiş kimi
tanınıb. Nata Peradzenin özü Facebook-da yuxarıdakılarla bağlı
məlumat yayıb:
“Polis məni çağırdı, zərərçəkmiş kimi tanıdılar, yəni bu günlərdə
materialla tanış olacağıq və sizə məlumat verəcəyik”
– fəal bildirib.
Nata Peradze oktyabrın 22-də avtomobilinin üzərində təhqiredici
yazılar tapıb. Nata Peradzenin o zaman Netgazet-ə verdiyi məlumata
görə, o, avtomobilin üzərindəki yazıları son fəaliyyəti ilə
əlaqələndirib. Nata Peradze son bir neçə gündə Vake parkında 13
yaşlı uşağın ölümü və iki yeniyetmənin yaralanması ilə nəticələnən
insidentlə bağlı fəal şəkildə etiraz bildirir.
Nata Peradzenin bildirdiyinə görə, o, kriminal polis tərəfindən
dindirilib. Nata Peradzenin sözlərinə görə, video çəkiliş də
var.
“[Videoda] iki orta yaşlı kişi var. Mən bunu Vake parkı
hadisəsindən sonra Kaxa Kaladze ilə son münaqişə ilə
əlaqələndirirəm və mənim maşınıma Kaladzeyə dediyim söz yazılıb.
Səhv edə bilərəm, amma mən hesab edirəm ki, onları Kaladze
göndərib”, - Nata Peradze “Netgazet”iyə bildirib.
_____________________________________
Bu il oktyabrın 13-də Vake Parkının fəvvarəsinə top götürməyə girən
2 yeniyetməni elektrik cərəyanı vursa da sağ qalmışdılar. Onları
xilas etmək üçün fontana girən 13 yaşlı Marita Meparişvili isə
dünyasını dəyişib.