Saxta sənəd hazırlamaq ittihamı ilə 3 nəfər saxlanılıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat departamentinin məlumatına görə, saxta sənədlərin hazırlanması və verilməsi faktına görə 3 nəfər saxlanılıb.


İlkin olaraq bildirilir ki, əməliyyat-axtarış tədbirləri çərçivəsində Gürcüstanın müxtəlif bölgələrində təqsirləndirilən şəxslərin şəxsi və kirayə mənzillərində axtarış aparılıb, nəticədə müxtəlif ölkələrin yüksək keyfiyyətli saxta sənədləri götürülüb.

Əks-kəşfiyyat idarəsinin məlumatına görə, saxta sənədlər arasında sürücülük və şəxsiyyət vəsiqələri, diplomlar və digər növ sənədli sübutlar var.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır. Təqsirli bilindiyi halda saxlanılan şəxslər üçün 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti

Print