Raçada pəncələri kəsilmiş ayı ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb
Daxili İşlər Nazirliyi Raçada ayının öldürülməsi ilə bağlı araşdırmalara başlayıb.

Vətəndaş Nika Quqeşaşvili Facebook-da yazıb ki, Raçada gəzinti zamanı işgəncə ilə öldürülən və pəncələri kəsilmiş ayı ilə rastlaşıb.

Qara ayı qırmızı siyahıya salınıb, ətraf mühitə dəyən ziyan 50 min lari qiymətləndirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 301-ci (qanunsuz ov etmə) maddəsi ilə araşdırma başlayıb.

Sözügedən maddədə nəzərdə tutulur: Gürcüstanın “Qırmızı Siyahısı”na daxil edilmiş və ya köməksiz vəziyyətdə olan ov quşlarını [...] ovlama [...] - iki ilədək müddətə cərimə və ya islah işləri ilə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalandırılır.

Mənbə: Publika

Print