Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının
sədri Vyaçeslav Volodinin işğal altındakı Abxaziyaya səfər etməsini
şiddətlə qınayıb.
XİN-in bəyanatında Volodinin səfəri Moskva tərəfindən beynəlxalq
hüququn fundamental prinsipləri və normalarının növbəti dəfə
pozulması kimi qiymətləndirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, səfər Rusiyanın beynəlxalq
öhdəliklərinə ziddir, həmçinin onun 2008-ci ilin 12 avqustunda
Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilən atəşkəs
razılaşmasına məhəl qoymamasına dair daha bir faktdır.