Gürcüstan Prezidenti Polşaya gedib
Gürcüstan Prezidenti Salome Zurabişvili Polşaya səfərə gedib.

Məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Zurabişvili səfər çərçivəsində polşalı həmkarı Andjey Duda ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra dövlət başçılarının mətbuata birgə açıqlaması planlaşdırılıb.

Tərəflərin görüş zamanı ikitərəfli əlaqələri müzakirə edəcəyi qeyd olunub.

Mənbə: Birinci Kanal

Print Email
FaceBook Twitter Google