ABŞ kəşfiyyatı Rusiya və Ukrayna arasında hərbi əməliyyatların bir
neçə ay səngiyəcəyini gözləyir. Hər iki tərəf qışdan sonra əks
hücuma hazırlaşmağı planlaşdırır.
Bu barədə “Sky.News” xəbər verir.
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin
Rusiya qüvvələrinin üzləşdiyi çətinliklərlə bağlı “daha
məlumatlı” olsa da, onun “nə qədər çətin olduğunu tam başa
düşdüyü” bəlli deyil.
ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns bildirib ki, qışda
hər iki ordu yazda əks-hücum üçün təchizat təminatı ilə məşğul
olacaq:
“Rusların həqiqətən buna hazır olub-olmayacağına dair kifayət qədər
şübhə var. Ukrayna ilə bağlı baxışlar daha optimistdir. Rusiyanın
Ukraynanın kritik infrastrukturunu məhv etməsi ukraynalıların
müqavimət iradəsini qismən sarsıtmaq məqsədi daşıyıb, lakin
kəşfiyyat hazırda Rusiya ordusunun uğur qazandığına dair heç bir
sübut görmür”.