Rustaveli prospektində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq
Yeni il işıqlarının qurulması ilə əlaqədar olaraq dekabrın 6-da saat 00:00-dan səhər 06:00-dək Rustaveli prospektində, Birinci Respublika meydanından Azadlıq meydanına kimi olan hissədə nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılacaq. Məlumatı Tbilisi Meriyası yayır.

İdarədən verilən məlumatda bildirilir ki, Leonidze, İnqoroğva, Aleksanadre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələrindən istifadə etməklə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq; Melikişvili prospektindən Mtatsmindanın qalan küçələri istiqamətində hərəkətə Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələrindən keçməklə və sonra isə Barnovi, Qoqebaşvili və Kakabadze küçələrindən istifadə etməklə icazə veriləcək.

“Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələrindən keçməklə Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ərazisinə getmək mümkün olacaq. Azadlıq meydanında isə hərəkət yalnız Rustaveli prospekti istiqamətində məhdudlaşdırılacaq.

“Rustaveli” metrostansiyasının ərazisindən Azadlıq meydanı istiqamətində hərəkət edən şəxsi avtomobillər Rustaveli prospektində, Zeytun ağacının yanından dönərək Mixeil Cavaxişvili küçəsi və Kürün sağ sahili vasitəsilə hərəkət edəcəklər”
– deyə Tbilisi Meriyasının məlumatında bildirilir.

Mənbə: Birinci Kanal

Print Email
FaceBook Twitter Google