Bu gün Rusiyanın paytaxtı Moskvada son 68 ilin ən yüksək atmosfer
təzyiqi qeydə alınıb.
Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni
Tişkovets özünün teleqram kanalında bildirib.
“Artıq 10 gündən çoxdur ki, paytaxt rayonunda atmosfer təzyiqi
normadan artıqdır və bu gün saat 09:00-da barometrin göstəriciləri
772,2 millimetr civə sütununa çatıb. Bu isə normadan 25 vahid
yüksəkdir”, - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəlki rekord 1954-cü ildə qeydə alınmışdı -
766,8 millimetr civə sütunu.
Mənbə: Azertag.az