Monqolustanda etiraz aksiyalarında 6 nəfər yaralanıb
Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür davam edən etiraz aksiyaları nəticəsində 6 nəfər yaralanıb.

Məlumatı xarici KİV-i yayıb.

Bildirilib ki, etirazçılar hökumət binasına hücuma cəhd edib. Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin əməkdaşı omaqla 6 nəfər yaralanıb. Məlumata görə, dövlət başçısının iqamətgahına gedən yolu aksiya iştirakçıları bağlayıb.

İnformasiyaya əsasən, aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq da kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham edirlər.

Məlumata görə, Monqolustan ixracatının 86 faizi, o cümlədən daş kömürün yarısından çoxu Çinə tədarük olunur.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google