Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür davam edən etiraz
aksiyaları nəticəsində 6 nəfər yaralanıb.
Məlumatı xarici KİV-i yayıb.
Bildirilib ki, etirazçılar hökumət binasına hücuma cəhd edib.
Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin
əməkdaşı omaqla 6 nəfər yaralanıb. Məlumata görə, dövlət başçısının
iqamətgahına gedən yolu aksiya iştirakçıları bağlayıb.
İnformasiyaya əsasən, aksiyaların başlamasına səbəb daş kömürün
oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki,
indiyədək 12,9 milyard dollarlıq da kömür oğurlanıb. Etirazçılar bu
cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham
edirlər.
Məlumata görə, Monqolustan ixracatının 86 faizi, o cümlədən daş
kömürün yarısından çoxu Çinə tədarük olunur.