25 yanvarda Marneuli ərazisində hava necə olacaq
Bu gün, 25 yanvar tarixində Marneuli ərazisində gündüz saatlarında hava parçalı buludlu olacaq. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə açıq hava qeydə alınacaq.

Havanın temperaturu gündüz +6 dərəcə isti olacaq, gecə isə temperatur -5 dərəcəyə qədər enəcək.

Məlumata görə, 26 yanvar tarixində bələdiyyə ərazisində gündüz saatlarında günəşli hava olacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyədə parçalı buludlu hava olacaq. Gündüz temperatur +5 dərəcə isi olacaq, gecə isə -4 dərəcə şaxta olacaq.

27 yanvar tarixinə gəlincə isə Marneuli ərazisində gündüz parçalı buludlu olacağı gözlənilir. Gecə isə bələdiyyə ərazisində açıq hava olacaq. Gündüz havanın temperaturu +6 dərəcə istini göstərəcək, gecə isə temperatur -4 dərəcəyə qədər enəcək.

Print Email
FaceBook Twitter Google