''Bayraktar Kızılelma'' növbəti sınaqdan da uğurla keçdi
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma ikinci sınaq uçuşunu uğurla həyata keçirib.

Baykar şirkətindən verilən məlumata görə, şirkətin tamamilə öz sərmayəsi ilə inkişaf etdirdiyi Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar Kızılelma, ikinci sistem identifikasiyası sınaq uçuşunu uğurla başa vurub.

"Baykar"ın İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru Selçuk Bayraktar məsələ ilə bağlı sosial mediada bir mesaj paylaşaraq, "Bayraktar #KIZILELMA ikinci uçuş testini uğurla başa vurdu. Onun üfüqləri açıq olsun”.


Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google