Mixeil Saakaşvilinin vəziyyəti stabildir və xəstəliyi yüngül keçirir – “Vivamedi” klinikasının kliniki direktoru Zurab Çxeidze
Ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğu bildirilən Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyəti stabildir və xəstəliyi yüngül keçirir.

Bu barədə Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasının kliniki direktoru Zurab Çxeidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yüksək hərarət və oynaq ağrıları olduğu üçün Saakaşvilidən PZR testi götürülüb və testin cavabı müsbət olub.

Çxeidze qeyd edib ki, yoluxmanın təsdiqlənməsindən dərhal sonra müxtəlif sahələr üzrə həkimlərdən ibarət şura çağırılıb və həkimlərin qərarına əsasən, Saakaşvili müalicə aldığı palatada saxlanılıb. O, yoluxmanın mənbəyinin araşdırıldığını qeyd edib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google