Saxta xarici şəxsiyyət vəsiqələri hazırlayan 2 nəfər saxlanılıb
Keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları Sameqrelo vilayətində saxta rəsmi sənəd hazırlamaq və imzalamaq faktı üzrə iki nəfəri saxlayıblar. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

“İstintaqla müəyyən edilib ki, turizm xidməti ofisinin sahibi olan təqsirləndirilən şəxslərdən biri cinayət əməlində şərik vasitəsilə maraqlı şəxslərə müvafiq məbləğin ödənilməsi müqabilində saxta xarici şəxsiyyət vəsiqələri hazırlayıb.

Təqsirləndirilən şəxslərə vətəndaşlardan birinin 800 avro müqabilində xarici ölkə vətəndaşının saxta şəxsiyyət vəsiqəsinin elektron versiyasını verməsi faktı ifşa edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla xarici ölkə vətəndaşının saxta pasportlarının, habelə Gürcüstanın sürücülük vəsiqələrinin elektron versiyaları aşkar edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 362-ci maddəsinin ikinci hissəsi ilə aparılır.

Digər təqsirkar şəxslərin də müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”,
- deyə İstintaq Xidmətinin məlumatında bildirilir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google