Qori meriyası 50% və 70% qrant qazanan tələbələri də maliyyələşdirəcək
2023-cü ildə Qori Bələdiyyəsinin Meriyası dövlət qrantı ilə sosial cəhətdən imkansız tələbələrin təhsil xərclərinin 50%-ni və 70%-ni maliyyələşdirəcək. Bu barədə məlumatı Qori bələdiyyəsinin meriyası yayıb.

Onların öz məlumatlarına görə, indiyədək bu maliyyədən yalnız sosial cəhətdən həssas, qrantsız tələbələr faydalanıb.

“Sosial proqram tələbələrə ildə bir dəfə 500 lari məbləğində təhsil xərclərinin maliyyələşdirilməsini təklif edir. Qeyd olunan maddədən yalnız reytinq balı 120.000-dən çox olmayan tələbələr yararlana bilər.Yuxarıda qeyd olunanlarla yanaşı, 2023-cü ildə Qori bələdiyyəsinin sosial proqramının digər maddələrində də dəyişikliklər edilib. Linkə baxın - shorturl.at/crwF2",
- məlumatda qeyd olunub.

Mənbə: BPN
Print