Gürcüstanda yumurtlayan toyuq saxlayan müəssisələr üçün icazə məcburi olacaq
Gürcüstan hökuməti yumurtalayan toyuq sahələri üçün müəssisəyə icazə verilməsi qaydasını təsdiqləyib. Yanvarın 17-də qəbul edilən qərardan aydın olduğu kimi, Gürcüstanda yumurtlayan toyuq saxlayan müəssisələr üçün icazə məcburi olacaq.

Qərarda qeyd olunur ki, “Yumurtlayan toyuq saxlayan müəssisəyə icazə qaydası”nın məqsədi əhali istehlakı üçün bazara çıxarılan yumurtanın izlənməsinin təmin edilməsi məqsədilə yumurta istehsalı müəssisəsinə (fərqləndirici nömrə ilə) icazə verməkdir.

Sənəddə müəyyən olunduğu kimi, yumurtlayan toyuqların yumurta istehsalı üçün saxlandığı və damazlıq/inkubator üçün nəzərdə tutulmayan yer yumurtlayan müəssisə sayılır.

Hökumətin qərarına əsasən, 2025-ci ilin yanvar ayından bu tip müəssisələrin icazəsi məcburi olacaq, 2025-ci il iyunun 1-dən isə dövlət qeydiyyatından keçməmiş müəssisələrin fəaliyyəti və onlar haqqında müəyyən məlumatlar, o cümlədən müəssisənin adı/ünvanı, sahibinin şəxsiyyəti və s. dövlət reyestrində göstərilməyəcək.

Mənbə: BPN
Print