Mumladze mənə Vahid Milli Hərəkatın baş katibi vəzifəsini təklif etdi - Saakaşvilinin qardaşı
Eks-prezident Mixeil Saakaşvilinin qardaşı Davit Saakaşvili bildirib ki, Qiorqi Mumladze partiyadaxili seçkilərdə qələbə qazanacağı təqdirdə Vahid Milli Hərəkat Partiyasının baş katibi postunu tutmağı təklif edib.

Qiorqi Mumladze Nika Melia, Nona Mamulaşvili və Levan Xabeişvili ilə birlikdə Vahid Milli Hərəkata sədrlik uğrunda mübarizə aparır.

“Qələbə qazanacağı təqdirdə Qiorqi Mumladzidən Milli Hərəkatın baş katibi postunu tutmaq təklifi almışam. Sirr deyil ki, mən Qiorqi, onun dostları və tərəfdaşları ilə Mişanın azad edilməsi üçün müxtəlif fəaliyyətlərdə sıx əməkdaşlıq edirəm, çünki onların fədakar və səmimi mübarizəsi, fikrimcə, real nəticəyə yönəlib. İndi mənim və ailəmin fikir və hissləri Mişanın sağlamlığını və həyatını xilas etməklə bağlıdır. Ona görə də biz bütün diqqətimizi ailəmizin və cəmiyyətimizin böyük bir hissəsinin bu ekzistensial probleminə yönəlmişik. Bütün namizədlərə bütün qəlbimlə uğurlar arzulayıram, səsimi Qiorqiyə verəcəyəm. Təklifə gəlincə, mən hələ konkret qərar verməmişəm, bu asan deyil və mənə vaxt lazımdır”, – Davit Saakaşvili yazıb.

Məlumdur ki, Nika Melia qələbə qazanacağı təqdirdə partiyanın baş katibi vəzifəsini Qiorqi Kirtadze icra edəcək.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google