Eks-prezident Mixeil Saakaşvilinin qardaşı Davit Saakaşvili
bildirib ki, Qiorqi Mumladze partiyadaxili seçkilərdə qələbə
qazanacağı təqdirdə Vahid Milli Hərəkat Partiyasının baş katibi
postunu tutmağı təklif edib.
Qiorqi Mumladze Nika Melia, Nona Mamulaşvili və Levan Xabeişvili
ilə birlikdə Vahid Milli Hərəkata sədrlik uğrunda mübarizə
aparır.
“Qələbə qazanacağı təqdirdə Qiorqi Mumladzidən Milli
Hərəkatın baş katibi postunu tutmaq təklifi almışam. Sirr deyil ki,
mən Qiorqi, onun dostları və tərəfdaşları ilə Mişanın azad edilməsi
üçün müxtəlif fəaliyyətlərdə sıx əməkdaşlıq edirəm, çünki onların
fədakar və səmimi mübarizəsi, fikrimcə, real nəticəyə yönəlib. İndi
mənim və ailəmin fikir və hissləri Mişanın sağlamlığını və həyatını
xilas etməklə bağlıdır. Ona görə də biz bütün diqqətimizi ailəmizin
və cəmiyyətimizin böyük bir hissəsinin bu ekzistensial probleminə
yönəlmişik. Bütün namizədlərə bütün qəlbimlə uğurlar arzulayıram,
səsimi Qiorqiyə verəcəyəm. Təklifə gəlincə, mən hələ konkret qərar
verməmişəm, bu asan deyil və mənə vaxt lazımdır”, –
Davit Saakaşvili yazıb.
Məlumdur ki, Nika Melia qələbə qazanacağı təqdirdə partiyanın baş
katibi vəzifəsini Qiorqi Kirtadze icra edəcək.