“Marneulinin gənc ideyalar” müsabiqəsinə layihələrin qəbulu yenidən
davam edir.
Təşkilatın feysbuk səhifəsində yayımlanmış məlumata görə, 31
yanvara qədər müsabiqə üçün müraciətlərin qəbulu mümkündür.
“Gənclərin və ya yerli icmanın inkişafına təsir göstərəcək
problemlərin həllində öz töhfənizi vermək istəyirsinizmi? Sizin və
ətrafınızdakıların fəal olmasına səbəb olacaq, yerli problemlərin
həllinə cəhd göstərəcək yaxşı ideyanız var? Əgər varsa, o zaman öz
ideyanızı həyata keçirmək üçün “Gənc ideyalar”-a, maksimum 960 lari
dəyərində qrant üçün müraciət edə bilərsiniz !” – layihə ilə bağlı
məlumatda qeyd olunub.
“Marneuli gənc ideyalar” qrant müsabiqəsi elan olunana qədər
araşdırma aparıb və araşdırmaya əsasən, üç prioritet məsələ müəyyən
olunub.
Həmin məsələlər bunlardır:
- Təhsilin keyfiyyəti
- Gender bərabərliyi
- Qısnama
Məhz qeyd olunan mövzularla bağlı Marneuli gəncləri layihə
təkliflərini göndərə bilərlər.
Qrant müsabiqəsində 15 yaşdan 24 yaşa qədər Marneulili gənclər
iştirak edə bilərlər. Layihə çərçivəsində əməkhaqqı, qonorar,
ekskursiya maliyyələşdirilmir.