Prezident İlham Əliyev: Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir
Son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın irəli sürdüyü əsassız iddialar tamamilə yalan və cəfəngdir.

Bu sözləri Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlət başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və Azərbaycanın bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Mənbə: trend.az
Print Email
FaceBook Twitter Google