Apellyasiya şikayətində Xazaradze, Caparidze və Tsereteli barəsində hökm dəyişdirilməyib
Tbilisi Apellyasiya Məhkəməsi TBS Bank-ın təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze, həmçinin “Pirveli TV Company”nin təsisçisinin atası iş adamı Avtandil Tsereteli barəsində birinci instansiyanın hökmünü qüvvədə saxlayıb.

Hakim Merab Corbenadze qərarı elan edib.

Hökm elan edildikdən sonra Mamuka Xazaradze və Badri Caparidze mediaya bildiriblər ki, ikinci instansiyanın qərarından Ali Məhkəməyə şikayət veriləcək, hökm qüvvədə qalsa, işi Strasburqa aparacaqlar.

2020-ci il yanvarın 12-də Tbilisi şəhər məhkəməsi TBS Bankın təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeni, həmçinin “Telecompania Pirveli”nin təsisçisinin atası iş adamı Avtandil Tseretelini təqsirli bilib, baxmayaraq ki, onların cəzaları vaxtı keçdiyi üçün ləğv edilib.

Hakim ittihamları yenidən təsnif edib və çirkli pulların yuyulması (194-cü maddə) əvəzinə, onları əvvəlcədən razılaşaraq bir qrup tərəfindən törədilmiş külli miqdarda dələduzluqda (maddə 180) təqsirli bilib.

Hər iki tərəf ikinci instansiyada şəhər məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunublar. İttiham tərəfi bu maddənin şəhər məhkəməsi tərəfindən yenidən qiymətləndirilməsi ilə razılaşmayıb.

Məhkumların sözlərinə görə, cinayət törədilməyib, işin zərərçəkmişi və şikayətçisi yoxdur.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google