Tbilisi Apellyasiya Məhkəməsi TBS Bank-ın təsisçiləri Mamuka
Xazaradze və Badri Caparidze,
həmçinin “Pirveli TV Company”nin təsisçisinin atası iş adamı
Avtandil Tsereteli barəsində birinci instansiyanın hökmünü qüvvədə
saxlayıb.
Hakim Merab Corbenadze qərarı elan edib.
Hökm elan edildikdən sonra Mamuka Xazaradze və Badri Caparidze
mediaya bildiriblər ki, ikinci instansiyanın qərarından Ali
Məhkəməyə şikayət veriləcək, hökm qüvvədə qalsa, işi Strasburqa
aparacaqlar.
2020-ci il yanvarın 12-də Tbilisi şəhər məhkəməsi TBS Bankın
təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeni, həmçinin
“Telecompania Pirveli”nin təsisçisinin atası iş adamı Avtandil
Tseretelini təqsirli bilib, baxmayaraq ki, onların cəzaları vaxtı
keçdiyi üçün ləğv edilib.
Hakim ittihamları yenidən təsnif edib və çirkli pulların yuyulması
(194-cü maddə) əvəzinə, onları əvvəlcədən razılaşaraq bir qrup
tərəfindən törədilmiş külli miqdarda dələduzluqda (maddə 180)
təqsirli bilib.
Hər iki tərəf ikinci instansiyada şəhər məhkəməsinin qərarından
apellyasiya şikayəti verib.
Mamuka Xazaradze, Badri Caparidze və Avtandil Tsereteli Gürcüstan
Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə qanunsuz gəlirlərin
leqallaşdırılmasında ittiham olunublar. İttiham tərəfi bu maddənin
şəhər məhkəməsi tərəfindən yenidən qiymətləndirilməsi ilə
razılaşmayıb.
Məhkumların sözlərinə görə, cinayət törədilməyib, işin zərərçəkmişi
və şikayətçisi yoxdur.