27 yanvar 2023-cü il tarixində səhər saat 8:30 radələrində
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə
silahlı hücum olub.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, hücum edən
şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq,
mühafizə xidmətinin rəisini qətlə yetirib.
Bildirilib ki, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun
qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti
qənaətbəxşdir.
“Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin
təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Allah şəhidimizə rəhmət eləsin!”, - qeyd olunub.