Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Böyük
Britaniya-Gürcüstan Strateji Dialoqunun 8-ci ilində Londonda
“Lancaster House”da Gürcüstanın xarici işlər naziri İliya
Darçiaşvilini qəbul edib
Nazir Böyük Britaniyanın Gürcüstanın uzun müddətli yanında
olacağını bildirib.
Xarici işlər naziri görüşdə Böyük Britaniyanın Gürcüstanın
suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini vurğulayıb.
Ceyms Kleverli həmçinin Gürcüstanın Ukraynaya verdiyi dəstəyi
alqışlayıb.
O, həmçinin hibrid təhlükələrə qarşı dayanıqlılığı gücləndirmək
üçün Gürcüstanı dəstəkləməklə bağlı Böyük Britaniyanın öhdəliyini
açıqlayıb.
“Bu gün mən bir daha bildirdim ki, Böyük Britaniya
gürcü dostlarının yanındadır və Rusiyadan hələ də üzləşdikləri
hibrid təhlükələrə qarşı mübarizədə onlara dəstək olmaqda aparıcı
rolumuzu davam etdirəcəyik”, - deyə Ceyms Kleverli
qeyd edib.