Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin
çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.
Bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə açıqlamasında
bildirib. Onun sözlərinə görə Saakaşvilinin çəkisi bu gün səhər
ölçülüb.
Giuli Alasania Saakaşvilidə kaxeksiya yarandığını, bu səbəbdən onun
sürətlə çəki itirməyə başladığını bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Saakaşvilinin həm də koronavirusa
yoluxması təsdiqlənib. Onun xəstəliyi mülayim keçirdiyi
bildirilib.