Anası Saakaşvilinin çəkisinin 120-dən 68 kiloqrama düşdüyünü bildirib
Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.

Bu barədə onun anası Giuli Alasaniya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə Saakaşvilinin çəkisi bu gün səhər ölçülüb.

Giuli Alasania Saakaşvilidə kaxeksiya yarandığını, bu səbəbdən onun sürətlə çəki itirməyə başladığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Saakaşvilinin həm də koronavirusa yoluxması təsdiqlənib. Onun xəstəliyi mülayim keçirdiyi bildirilib.

Mənbə: apa.az
Print