Marneuli meriyası Novruz tədbirlərinin qrafikini yayımlayıb
Marneuli yerli özünüidarəsi Novruz bayramı ilə əlaqədar tədbirlərin qrafikini yayımlayıb. Marneuli meriyası bayramı sabah, 21 mart tarixində, saat 11:00-dan qeyd etməyə başlayacaq.

Tədbir Marneuli meriyası yaxınlığında, Mədəniyyət Mərkəzinin qarşısındakı parkda keçiriləcək.

“Saat 11:00- tədbir çərçivəsində sərgi pavilyonları qurulacaq: yerli rəssamların rəsmləri, əl işləri, qənnadı məmulatları, çiçəklərin sərgi-satışı, azərbaycan etno-guşəsində azərbaycan teatrının aktyorları tərəfindən kiçik səhnəcik göstəriləcək, Azərbaycan kulinariyası masterklassı (ənənəvi yeməklər, şirniyyat, çay) keçiriləcək”, – meriyanın məlumatında qeyd olunub.

Yerli özünüidarə Novruz bayramına məxsus simvollardan biri olan tonqalı saat 11:30-da yandıracaq.

Mədəni tədbirlərlə yanaşı Novruz bayramı üçün müxtəlif idman tədbirləri də keçiriləcək.

“Bayram proqramı çərçivəsində gürcü güləşi və qol güləşi, oxçuluq üzrə idman tədbirləri keçiriləcək. Qaliblərə medal və xüsusi mükafatlar veriləcək”.

Marneuli meriyasının açıqlamasına görə, bu il Novruz bayramı qala konsertlə qeyd olunmayacaq. Meriya Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar formatı dəyişməyə qərar verib.

Print Email
FaceBook Twitter Google