Qərb Cənubi Qafqazla bağlı 3+3 əməkdaşlıq formatını dağıtmaq
istəyir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat
Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat
konfransında bildirib.
“Cənubi Qafqazın Qərblə əməkdaşlığının mümkünlüyünə
gəldikdə isə deyə bilərəm ki, Qərb özünü tamamilə diskreditə edib.
Biz Qərbin Cənubi Qafqazda hansı məqsədlər güdüyünü gözəl görürük.
Qərb bunu heç gizlətmir, açıq-aydın bəyan edir. Rusiyanı Cənubi
Qafqazdan qoparmaq məqsədi güdür. Rusiya Ermənistanla, regionun
digər ölkələri ilə “3+3” formatını irəli çəkir. Gürcüstan tərəfi
hələlik bu formata qoşulmaqla bağlı düşünür. Lakin birinci görüş
baş tutub. Qapılar Tbilisi üçün açıq olaraq qalır. Hazırda ikinci
görüşün keçirilməsi üzərində işləyirik”.
Lavrov Qərbin artıq “3+3” formatını dağıtmaq istədiyini söyləyib:
“Qərb bu strukturu dağılması üzərinə aktiv işləyir.
Qərb üç Cənubi Qafqaz ölkəsinə öz xidmətlərini sırımaq
niyyətindədir. Avropa İttifaqı və ABŞ regionun üç qonşu ölkəsinin,
Rusiya, Türkiyə və İranın qanunu maraqlarını tapdalayaraq bununla
öz sərhədlərindən çox kənarda hegemonluğunu təsdiqləməyə iddia
edir. Ona görə də, mən indi Cənubi Qafqazla bağlı hansısa dialoqun
inkişafının mümkünlüyünü və düzünü desəm, bunun heç lazımlığını da
görmürəm. Təkcə Cənubi Qafqazla bağlı deyil, beynəlxalq və regional
gündəmdə olan digər məsələlərlə də bağlı Qərblə dialoq mümkün
deyil, heç gərəkli də deyil”.