Qardabani rayonunda Novruz bayramı qeyd olunub
Bu gün, 20 mart tarixində Qardabani rayonunda Novruz bayramı qeyd olunub.

Bayram münasibətilə Qardabani şəhər Mədəniyyət və İstirahət Parkında Novruz şənliyi təşkil edilib. Tədbirdə Kvemo Kartli üzrə Dövlət Müvəkkili Qiorqi Doxturişvili, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı və Kaxa Koberidze həmçinin yerli hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Novruz ənənələrinə uyğun olaraq bəzədilmiş parkda əvvəlcə bayram tonqalı alovlandırılıb.

Rəsmilər Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Tədbir çərçivəsində müxtəlif əl işlərindən ibarət sərgi açılıb, şirniyyat və müxtəlif mətbəx nümunələri təqdim olunub. Bayram şənliyində müxtəlif idman növləri üzrə yarışlar da keçirilib. Qaliblərə mükafatlar təqdim olunub.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google