2023-cü ildə dünyanın ən xoşbəxt ölkəsi bəlli olub. Finlandiya
artıq altıncı ildir ki, reytinqin birinci pilləsindədir.
Skandinaviya ölkəsi və onun qonşuları Danimarka, İslandiya, İsveç
və Norveç hesabatın nəticələrini izah etmək üçün istifadə etdiyi
standartlarda çox yaxşı nəticələr əldə edirlər: sağlam ömür
uzunluğu, adambaşına düşən ÜDM, sosial dəstək, aşağı korrupsiya,
cəmiyyətdə səxavət, həyati qərarlar vermək azadlığı.
İsrail ötən il 9-cu yerdən bu il 4-cü yerə yüksəlib. İlk onluqda
həmçinin: Hollandiya (5-ci), İsveçrə (8-ci), Lüksemburq (9-cu) və
Yeni Zelandiya (10-cu) yer alıb.
Gürcüstana gəlincə, bu il 149 ölkə arasında 90-cı yeri tutub.
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri
Şəbəkəsinin nəşri olan hesabat 150-dən çox ölkədən olan insanların
qlobal sorğu məlumatlarına əsaslanır. Ölkələr xoşbəxtlik
səviyyəsinə görə 2020-ci ildən 2022-ci ilə qədər əvvəlki üç il
ərzində orta həyat keyfiyyətinə görə sıralanır.