Rusiya Gürcüstandan yerli ixracda birinci yerdədir - məhsul satdığımız ilk 10 ölkə
2023-cü ilin yanvar-fevral aylarında Gürcüstandan ixrac olunmuş malların həcmi (bəyan edilməmiş ixrac olmadan) 914,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% çoxdur. Yerli ixrac (təkrar ixrac olmadan ixrac) ümumi ixracın 54,3 faizini təşkil edir. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz azalaraq 497,2 milyon ABŞ dollarına bərabər olub.

“Business Press News” 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ən çox məhsul satdığı 10 ölkənin siyahısını təqdim edib:
  • • Rusiya - 106,9 milyon ABŞ dolları. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb
  • • Çin - 106,1 milyon ABŞ dolları. Artım - 17,9%.
  • • Türkiyə - 57,1 milyon ABŞ dolları. Artım - 2,1%
  • • Bolqarıstan - 34,5 milyon ABŞ dolları. Azalma - 58,8%.
  • • Ermənistan - 26,1 milyon ABŞ dolları. Artım - 66,1%
  • • İspaniya - 19,8 milyon ABŞ dolları. Artım - 597%
  • • Peru - 17 milyon ABŞ dolları. Azalma - 5,9%
  • • Azərbaycan - 16 milyon ABŞ dolları. Artım - 11,5%
  • • İsveçrə - 13,5 milyon ABŞ dolları. Azalma - 4,7%
  • • ABŞ - 11,1 milyon ABŞ dolları. Azalma - 71,6%

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google