Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında
Avropa çempionatı sona çatıb. Qitə birinciliyinin altıncı günündə
sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında
Avropa çempionatı sona çatıb. Matc.az xəbər verir ki, qitə
birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə
mübarizəyə start verilib.
Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə
güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib
gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay
Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı
Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda
moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən
(1:1) rəqibinə qalib gələn Bayramov Avropa çempionu olub.
Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub
olub - 5:7. Güləşçimiz təsəlliverici görüşdə moldovalı İvan
İçizliyə uduzub - 3:6.
Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi
Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı
Andro Marqişviliylə bacarmayıb - 13:23. Şabanov bürünc medal
uğrunda ermənistanlı Sergey Sarqsyanla güləşib və son saniyədə
qələbəni əldən verib - 5:8.
Milli.Az