ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini
Dennis Kovalski özünü və ailə üzvlərini "gələcəkdə diriləcəkləri"
ümidi ilə maye azotlu kriokameralarda dondurmaq niyyətindədir.
"Mənim nöqteyi-nəzərimə görə, bir vaxtlar ürəyi dayandıqdan sonra
işə salmaq mümkün deyildi. Bu gün isə bu, adi hala
çevrilib", - o, krionikanın imkanları haqqında
fikirlərini açıqlayıb.
Kovalskinin sözlərinə görə, ailə üzvlərinin hər biri ölümdən əvvəl
və sonra onlara göstəriləcək bu xidmət üçün 28 min dollar
ödəyəcək.
O bildirib ki, həyat yoldaşı və üç övladı krionika ilə məşğul
olmasalar da, onun şirkətinin müştərisidirlər.
"Onlar razılaşırlar ki, oyanmaq şansı nə qədər kiçik olsa da, buna
dəyər. Onlar da gələcəyə kifayət qədər nikbin
baxırlar", - deyə alim bildirib.
O, ölümdən qorxmadığını açıqlayıb.
"Mən sadəcə gələcəyi
görmək istəyirəm. Bu, sanki içimdəki balaca uşağın arzusudur. Başa
düşürəm ki, bu işləməyə bilər, amma cəhd etməyə dəyər, elə
deyilmi?", - Kovalski yekunlaşdırıb.
Milli.Az