Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə yaşayan
azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
Gürcüstan Prezidentinin təbriki onun sosial şəbəkə hesabında
paylaşılıb.
“Bu günü qeyd edən bütün Gürcüstan vətəndaşlarını Novruz Bayramı
münasibətilə təbrik edirəm. Azərbaycan icmasını təmsil edən
soydaşlarımızı və bayramın gəlişini qeyd edən bütün qonaqlarımızı
təbrik edirik”, - Gürcüstan lideri qeyd edib.
Salome Zurabişvili həmçinin qonşu Türkiyə, İran, eləcə də
Qazaxıstan, Türkmənistan, bayramı qeyd edən digər ölkələrin
vətəndaşlarını yeni il bayramı və yeni məhsul münasibətilə təbrik
edib.
“Bu gün yeni başlanğıc, yeni həyat mənbəyi, yenilənmiş enerji və
rahat münasibətlər gətirən gün olsun”, -
S.Zurabişvili əlavə edib.