Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan
milli komandasına dəvət olunub.
31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə,
ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına
çağırılıb.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47
oyun keçirib.
Mənbə: azertag.az