“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olunub
Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib.

Mənbə: azertag.az
Print Email
FaceBook Twitter Google