Gürcüstanın Milli Statistika Xidməti 2022-ci il üçün əsas
demoqrafik indeksi dərc edib.
Sənədə əsasən, 2022-ci ildə Kvemo Kartli regionunda doğulanların
sayı 5 074 nəfər olub ki, bu da 2021-ci ilin eyni dövürün
göstəricilərinə görə 324 nəfər azdır.
Ölənlərin sayına gəlincə, 2022-ci ildə 4 528 ölüm qeydə alınıb. Bu
2021-ci ildə 5 565 nəfər təşkil edib.
Kvemo Kartlidə 2022-ci ildə qeydə alınmış nikaha daxilolmanın sayı
3 216 olub. Bu rəqəm 2021-ci illə müqayisədə 186 nəfər çoxdur.
Kvemo Kartlidə qeydə alınmış boşanma hallarının sayı 1 283 nəfər
təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövürünün
göstəricisindən 280 fakt çoxdur.