Marneuli bələdiyyəsinin Sadaxlı kəndində daxili yollara asfalt qatı
çəkiləcək.
I və II məhəllələrin bərpası işləri üçün 526 863 lari dəyərində
tender elan edib. Tender sənədlərinə görə, işlər bir neçə
mərhələdən ibarətdir. Həmçinin:
- Yolun bərpası və möhkəmləndirilməsi
- Mövcud arxların layihə göstəricisinə çatdırılması (yeni
dəmir-beton daşların quraşdırılması)
- Boru və ehtiyatların quraşdırılması üçün dəmir borunun alınması
-quraşdırılması
- Çınqıllı hərəkət hissəsinin səthinin buldozerlə sökülməsi
- Torpağın ekskavatorla yüklənməsi
- Düzəldilmiş səthə çınqıl-qum qarışığı ilə
düzəldilməsi
Tenderdə iştirak etmək istəyən şirkətlər 15-20 aprel dövründə
təkliflərini göndərə bilərlər. Qalib şirkət meriyaya müqavilə
bağlandıqdan 90 gün ərzində işləri təhvil verməlidir.
Marneuli meriyası vəsaiti 2023-cü ilin büdcəsindən
maliyyələşdirir.