Bu gün müharibələrin uzanmasında və yeni münaqişə ocaqlarının
yaranmasında maraqlı olan müəyyən qlobal qüvvələr var.
Onlar Gürcüstanın da münaqişələrə cəlb olunmasına çalışırlar. Bu
gün ölkəmiz konkret risklərlə üz-üzədir.
Bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının
sədri İrakli Kobaxidze söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin müharibəyə cəlb
olunması ilə bağlı bəzi qüvvələrin səylərinə qarşı mübarizəsinə
dair mətbuata açıqlamalarını xatırladan Kobaxidze deyib:
“Bizim hakim komandanın da məqsədi Gürcüstanda sülhü
qorumaqdır. Ölkəmizin qarşısında duran vəzifələrdən danışarkən
deməliyəm ki, bu çağırışlar, təəssüf ki, bu gün də aktualdır. Biz
sülhü qorumaq üçün hər şeyi etməliyik və cəmiyyət bunun üçün mümkün
qədər səfərbər edilməlidir. Ona görə ki, sülhün qorunması yolunda
bizi gücləndirən əsas amil ictimai dəstəkdir və bu, çox
vacibdir”.
Mənbə: azertac.az