Qarın piylərini əridən kök şirəsi - 1 həftəyə 4 kq
Yerkökü tərkibində A vitamini olan və antioksidantlarla zəngin qidalardan biridir.
Salatlarda çiy istehlak edə biləcəyiniz yerkökü aşağı kalorili tərəvəz olduğundan suyunu sıxaraq da arıqlaya bilərsiniz.

  • Qarın yağlarını əridən kök suyu reseptini təqdim edirik:

Kök A, K, C, B6 vitaminləri ilə yanaşı göz sağlamlığına da faydası olan zəngin qidadır. Bir çox fərqli şəkildə istehlak edilən
kökün faydaları saymaqla bitmir. Mütəxəssislərin tövsiyə etdiyi kök suyu ilə həftədə 4 kilo arıqlaya bilərsiniz. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, tərkibində yüksək lif olan tərəvəzlərdən biri olan kök həzm sistemini tənzimləyir və qəbizliyi aradan qaldırır. Sağlam şəkildə arıqlamaq istəyənlər üçün evdə çox asan hazırlanan kök suyu ilə enerjinizi artıraraq tez arıqlaya bilərsiniz.


  • Kök suyu RESEPTİ

2-3 yerkökü

1 ədəd təzə zəncəfil

2 xörək qaşığı limon suyu

Yarım stəkan soyuq su

1 həftədə 4 kilo arıqlamağa kömək edən kök suyu resepti

Əvvəlcə aldığınız yerkökü yaxşıca yuyun. Sonra qabıqlarını soyun.

Soyuduğunuz yerköküləri xırda-xırda doğrayın. Doğradıqdan sonra blenderdən keçirin.

Üzərinə limon suyu və zəncəfil əlavə edib qarışdırın. Mikserlə yaxşıca xırdaladığınız yerkökü süzgəclə süzə bilərsiniz.

Beləliklə, yerkökü zəncəfil içkiniz hazırdır!

  • Yerkökünün faydaları:

Yerkökünün tərkibində A, B, PP, C, E, K vitaminləri, karotin, 1,3% zülal, 7% karbohidrat və orqanizm üçün lazım olan minerallar (kalium, dəmir, fosfor, maqnium, yod, sink, xrom, nikel, ftor və s.) var. Onun tərkibində çoxlu efir yağları var.

Yerkökünün tərkibində olan beta-karotin ağciyərlərin fəaliyyətini sürətləndirir. Tərkibində olan A vitamini insan orqanizmi - əsasən də gənc qadınlar üçün çox faydalıdır. A vitamininin və beta-karotinin çox olması yerkökünün göz xəstələri üçün vacib qida maddəsi olmasını sübut edir. Yerkökü yemək görmənin yaxşılaşmasına, göz əzələlərinin möhkəmlənməsinə, yaxıngörmədən, konyuktvitdən, blefaritdən, toyuq korluğundan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Yerkökü şirəsi avitaminozlardan, ürək-damar, böyrək, mədə xəstəliklərindən, poliartritdən, minerallar mübadiləsinin pozğunluqlarından əziyyət çəkən xəstələr üçün əvəzolunmaz sayılır. Yerkökü görmə ilə yanaşı dəri və selikli qişalara da yaxşı təsir edir.

Yerkökü mürəbbəsi şiş xəstəliklərinin müalicə və profilaktikasında geniş istifadə edilir. Bu tərəvəzin şirəsi antimikrob təsirə malikdir. Onun tərkibində olan antibiotiklər və fitonsidlər orqanizmdə olan mikrobların sayının azalmasına səbəb olur.

Yerkökünü şəkərli diabetdən əziyyət çəkənlərin qida rasionuna daxil edilməsində fayda var. Orqanizm tərəfindən yaxşı sorulması üçün yerkökünü xama və ya qatıqla qatıb yemək məsləhətdir. Yerkökünün tərkibi C, E, PP, B qrup vitaminləri və bir çox minerallarla zəngindir. Onun şirəsini avitaminozlardan, azqanlılıqdan əziyyət çəkən xəstələrə verdikdə xəstəliyin əlamətləri aradan qalxır. Yerkökü şirəsindən çox istifadə edən uşaqların yetkinlik zamanı boy artımından şikayətləri olmur. Qan və xərçəng xəstəlikləri zamanı hər gün təzə çəkilmiş yerkökü şirəsi içmək orqanizmdə olan yorğunluğun və xəstəlik əlamətlərinin aradan qalxmasına yardım edir.
Yerkökü şirəsi içmək hamilə və uşaqəmizdirən analar üçün çox faydalıdır.

  • Yerkökünün ziyanı:

Həddindən artıq yerkökü şirəsi içmək A vitaminin hipervitaminozuna səbəb ola bilir. Həddindən çox siqaret çəkən adamlara da yerkökü şirəsindən az istifadə eləmək məsləhət görülür. Həddindən çox yerkökü dietası saxlamaq da düzgün sayılmır.

Yerkökü şirəsi içən zaman onu qəbul edərkən miqdarına diqqət yetirmək lazımdır. Çoxlu miqdarda yerkökü şirəsi içmək yuxululuğa səbəb ola bilir. Mədə yarasından əziyyət çəkən adamlara da yerkökü şirəsi içmək məsləhət görülmür.

Gün ərzində 270-300 qram yerkökü şirəsi içmək və ya 3-4 yerköküdən artıq yemək məsləhət görülmür. Kimyəvi yollarla yetişdirilən yerkökü yeməkdən və ya şirəsini içməkdən uzaq durmaq lazımdır.

Saglamolun.Az
Print Email
FaceBook Twitter Google