Georgian Airways Rusiya vətəndaşları üçün Avropaya tranzit uçuşlara
başlayır. Bu barədə Rusiyanın RTVI telekanalı yazır.
Şirkətin təsisçisi Tamaz Qayaşvilinin sözlərinə görə, plana
Avropanın beş şəhərini - Milan, Paris, Vyana, Larnaka və Saloniki
əlavə etmək planlaşdırılır.
“Düşünürəm ki, bu marşrutlara kifayət qədər yüksək tələbat olacaq.
Uçuşlar iyunun 15-də başlayacaq”, - deyə Tamaz
Qaiaşvili RTVI-ya bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya ilə hava əlaqəsini mütləq davam
etdirəcək.
“Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Allah eləsin
ki, bu heç vaxt dayanmasın”, - Qaiaşvili
bildirib.
Xatırladırıq ki, Gürcüstan və Rusiya arasında 4 illik fasilədən
sonra Vladimir Putin mayın 10-da hava hərəkətinin bərpası barədə
göstəriş verib.