Hakim partiyanın sədri İrakli Kobaxidze bəyan edib ki, Aİ-nin
Gürcüstana namizəd statusu “ədalətli qərardan” asılıdır. Buna
baxmayaraq, o, jurnalistlərə gözləntilərin nikbin olduğunu
bildirib.
"İyunun sonuna kimi bütün tövsiyələr birmənalı şəkildə yerinə
yetiriləcək. Ona görə də ədalətli qiymətləndirmə olarsa, bu
qiymətləndirmə ölkəmiz üçün müsbət olacaq və belə olan halda
dekabrda Avropa İttifaqı tərəfindən müsbət qərar qəbul edilməlidir.
Bizim gözləntimiz nikbindir, baxmayaraq ki, bu, siyasi qərardır və
şans 50-50-dir”, - deyə İrakli Kobaxidze
bildirib.
Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd
statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd
statusunun alınması üçün 12 bəndlik ilkin şərt qoyub.