"Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya
şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan
və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq
doğurur".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın
Prezidenti Salome Zurabişviliyə ünvanladığı təbrik məktubunda
əksini tapıb.
"Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə
həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji
tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca
amillərdəndir.
Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət
edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni
məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə
qaldırılması üçün yaxşı imkanlar vardır", - məktubda
qeyd edilib.