Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və
dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi
çatdırıram.
Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında
tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə
Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb
edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm
xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd
edir.
Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha
böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.
Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy
Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf
etsin!"