Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze
Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında
paylaşım
edib:
“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və
təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və
tərəqqi arzu edirik”, - deyə Arçil Talakvadze qeyd
edib.